Daha təhlükəli günlər QARŞIDADIRbackend

Daha təhlükəli günlər QARŞIDADIR

Bu il iyulun 3-dən 10-dək dünyada indiyə qədər qeydə alınan ən isti həftə yaşanıb.

Meteoroloqların fikrincə, qarşıda daha çox isti günlər bizi gözləyir.

KONKRET.az xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Atmosferdə karbon qazının səviyyəsinin kəskin artması və Atlantik okeanı üzərində əsən güclü küləklərin qeyri-adi zolağı artıq Texas ştatında (ABŞ), o cümlədən Yunanıstan, İspaniya, İtaliya və bir çox başqa yerlərdə isti dalğalarına səbəb olub.

Qeyd olunur ki, bütün Avropada “qırmızı” səviyyəli hava xəbərdarlığı edilib. Xorvatiyada, Adriatik dənizinin sahillərində və İspaniya Navarrasında meşə yanğınları tüğyan edir, temperatur 40 dərəcəyə yüksəldiyi üçün Akropol kimi turistik yerlər bağlanıb.

Ümumdünya Meteorologiya Təşkilatı keçən həftə bildirib ki, 1850-ci illərdə cihazla hava istiliyinin ölçülməsinə başlanandan bəri Yer belə bir hadisə ilə qarşılaşmayıb.

Ümumdünya Mühafizə Təşkilatının iqlim xidmətinin direktoru, professor Kristofer Hevitt deyib: “Bu, planet üçün narahatedici xəbərdir”.

Bu fikri atmosfer radiasiyası sahəsində Leypsiq Universitetinin tədqiqatçısı Karsten Hausteyn dəstəkləyib. “İyulun tarixinin ən isti ay olacağı ehtimalı var… Bu, təxminən 120.000 il əvvəl olan Eemian (buzlararası) dövrdən bəri ən isti yay deməkdir”, – deyə Hausteyn bildirib.

Hazırkı rekord istiliklə yanaşı, Sakit okeanda güclənən El Nino fenomeni bütün dünyada hiss olunmağa başlayıb.

El Nino ekvatorial Sakit Okeanın sirkulyasiyası dəyişdikdə və onun temperaturu yüksəldikdə bütün dünyada əlavə istilik şoklarına səbəb olan dövri iqlim hadisəsidir.

“Tipik bir El Nino müvəqqəti olaraq orta qlobal temperaturu təxminən 0,2°C artırır. Bu artım Sənaye İnqilabından bəri iqlim dəyişikliyində müşahidə etdiyimiz 1,2 dərəcə ilə müqayisədə kiçikdir, lakin insan tərəfindən səbəb olunan istiləşməyə əlavə olaraq, gələn ilin sonuna qədər qlobal temperatur rekordu müəyyən ediləcək”, deyə “Met Office”in iqlim dəyişkənliyinin modelləşdirilməsi şöbəsinin rəhbəri Geoff Kniq bildirib.

Nəticədə bir çox elm adamları qlobal temperatur artımının bu il və ya gələn il 1,5 dərəcə həddini keçə biləcəyi barədə xəbərdarlıq edirlər.

Alimlər əlavə edirlər ki, yaxın vaxtlarda qeydə alınacaq yeni rekord istinin nəticələri dərin və təhlükəli olacaq. Ötən ilin yayında bütün Avropanı bürümüş isti dalğasında 61 mindən çox insanın öldüyü təxmin edilir.

Bu il və ya ən geci gələn il qırılacaq bu rekordla, 2022-ci ildə ölənlərin sayının artması ehtimalı var. Yunanıstan, İspaniya və İtaliya kimi Aralıq dənizi ölkələri ən çox əziyyət çəkəcək, ağır nəticələr olacaq.

BMT-nin baş katibi Antonio Quterreşin sözlərinə görə, iqlim dəyişikliyi nəzarətdən çıxır.

“Met Office” və Ekseter Universitetinin iqlim eksperti professor Riçard Betts “Yüksək qlobal temperatur bizi heç də təəccübləndirməməlidir. Bütün bunlar uzun müddətdir ki, bildiyimiz bir xatırlatmadır və biz atmosferə daha çox istixana qazlarının yığılmasını dayandırana qədər daha çox ifrat hallar görəcəyik”, – deyib.//Qaynarinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*