“Daily Sabah”: “Moskva ərazi mübahisəsini tam həll etməyə çalışmır” – ŞƏRHbackend

"Daily Sabah": "Moskva ərazi mübahisəsini tam həll etməyə çalışmır" - ŞƏRH

Qafqazda geopolitik dəyişmənin sürəti təəccüblüdür. Son Qarabağ müharibəsi bölgədəki bir sıra geosiyasi tendensiyaların səmtini dəyişdi.

Əvvəla, bölgədə bəzi dəyərlər sarsıldı. Məsələn, Ermənistanı götürək: Bu ölkə 2018-ci ilin məxməri inqilabına böyük ümidlər bəsləyirdi. Hər şey tərsinə inkişaf etdi və Ermənistan Rusiyadan daha da asılı vəziyyətə düşdü. Məsələ demokratik bir modelin üstünlük təşkil edib-edilməməsində deyil, demokratiya arzusunun Rusiya kimi güclü bir anti-demokratiya ilə uyğun gəlməməsindədir.

Ermənistan rəhbərliyi artıq silahlı qüvvələrini gücləndirmək üçün – demokratik dəyərlərini qurban verərək Moskvaya ciddi güzəştlər etməli olacaq. Ədalətli bir siyasi sistem Rusiya siyasi modeli ilə əl-ələ verə bilməz. Bundan əlavə, müharibə Ermənistanın çoxvektorlu xarici siyasətə keçəcəyinə dair bütün ümidlərə son verdi. Bu məsələ uzun müddətdir diqqətlə öyrənilib. Ancaq səhvlər davamlı olaraq edilir, bunlardan ən böyüyü Rusiyadan həddindən artıq asılılıqdır.

2020-ci il ərəfəsində Ermənistanın müxtəlif oxlar üzərindəki xarici siyasət addımları tədricən boşa çıxdı. Və 2016-cı ilin qısa müharibəsi düşmənçiliyi sərhədlərini açıq şəkildə göstərdi. Bundan sonra erməni siyasətçilər digər regional güclərlə əlaqələr qurmağa çalışdılar. Lakin daha çox Rusiyanın təsiri altına düşdülər. Beləcə balans pozuldu və İrəvanın manevrləri 2020-ci ildə Azərbaycanla müharibəyə səbəb oldu. Ancaq daha da əhəmiyyətlisi müharibə İrəvanın gələcək illər üçün çoxvektorlu siyasi səylərini ləğv etdi.

Artıq Ermənistanın heç bir real geosiyasi alternativ olmadan Rusiyadan asılılığı daha da aydınlaşdı. Xarici siyasət daha da şaxələndirilmədən, Qafqazın hər üç dövləti böyük regional gücləri öz aralarında tərəf kimi seçəcək və bölgə yenidən bölünəcək.

Türkiyənin geri dönməsi və Rusiya hərbi kontingentinin böyüməsi, ölkənin hərbi gücünün, infrastruktur layihələrinin və iqtisadi gücünün bölgədəki geosiyasi təsirini birbaşa təsir etdiyi böyük güc rəqabətini canlandıra bilər. Nəticədə, bu münaqişənin uzunmüddətli həllinə mane olur.

Qarabağ müharibəsi Qərbin sülhməramlı standartlarının geriləməsini səbəb oldu. Qərbin münaqişənin geosiyasi maraqlardan daha çox bərabərliyə əsaslanan yanaşması Rusiya alternativi ilə əvəz edildi. Moskva münaqişəni həll etməyə çalışmır (ərazi mübahisələrini qətiliklə həll etməyə çalışmır). Əksinə təsirini gücləndirmək üçün münaqişəni yalnız özünün nəzarəti altında uzadacağına ümid edir. Vəziyyətə Rusiya nöqteyi-nəzərindən nəzər saldıqda, ölkənin Ermənistana və Azərbaycana təsirini davam etdirəcəyi bəlli olur. Və bu imkanlar indi əvvəlkindən daha çoxdur.

Qərbin Qafqazın dəyişən geosiyasi reallıqlarına uyğunlaşmaması mövcud problemlərin həllinə sadiq qalmasına şübhə yaratdı. İkinci Qarabağ müharibəsi böyük ölçüdə Qərbin mənfur münasibətinin və problemə tərəfsiz yanaşma istəyinin olmamasının nəticəsi idi.

Qərb artıq Qafqazı itirdi. Və Qərb dövlətləri artıq monolit bir varlıq kimi hərəkət edə bilməyəcək və yerli həqiqətlərə uyğun olaraq hər bir dövlət  fərqli xarici siyasət yürütmək məcburiyyətində qalacaq. Eyni zamanda, Qafqazdakı hər bir ölkənin öz siyasəti olarsa onda, Qərb daha çox  düşünməli olacaq.

Türkiyənin son dövrlərdə altı ölkəni – Qafqaz dövlətlərini, Rusiya, Türkiyə və İranı birləşdirəcək bir müqavilə təklifi Qərbin bölgədəki təsirinin geri çəkildiyini göstərdi. Ancaq geosiyasi meydan boş qala bilməz və bu istiqamətdə Türkiyə və Rusiya sürətlə irəliləyir.

Bu məsələdə Tiflisin tutacağı mövqe də maraqlıdır. Belə baxsan, Gürcüstan Qərbin hakim təsirinin son dayağı kimi çıxış edə bilər.  Amma bunun üçün Qərb diqqətli olmalıdır. Ölkə Avropanın qapısındadır və bu səbəbdən Gürcüstan xarici təsirlərə qarşı həssasdır. Çünki Gürcüstanın Avropadan çox fərqli olan Rusiya və Türkiyə ilə sərhədləri var. Və bu səbəbdən daima bölgədə dəyişən vəziyyətə uyğunlaşmaq məcburiyyətindədir.

Qafqazda və Qara dənizdə Qərbin qətiyyətli olmaması Tiflisi xarici siyasətinə tam yenidən baxmasına, ən azından xarici əlaqələrini şaxələndirməyə məcbur edə bilər. Buna “tarazlığı bərpa etmək” cəhdi də deyilə bilər.

Ən nəhayət bir fakta da diqqət etmək lazımdır. İkinci Qarabağ müharibəsi, həm Xəzər hövzəsinin, həm də Qafqazın Avropa ilə deyil, Böyük Orta Şərqlə ayrılmaz şəkildə əlaqəli olduğunu təsdiqlədi.

“Daily Sabah” (Türkiyə),  12 yanvar 2021.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*