Sentyabrın 12-14-də Kopenhagendə Ümumdünya Səhiyyə Təşkilatının regional toplantısı keçirilir və bu toplantıda Salaqayın iştirakı nəzərdə tutulur.
KONKRET.az xəbər verir ki, Danimarka hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iclasına gedən Rusiya Səhiyyə Nazirliyinin rəis müavini Oleq Salaqayı ölkəyə buraxmayıb. Bu barədə Rusiya KİV-i Rusiyanın Kopenhagendəki səfirliyinə istinadən məlumat yayıb.
“Lakin Kastrup hava limanında ona Danimarkaya giriş qadağan edilib”, – səfirlikdən bildiriblər.
Diplomatlar Danimarka hakimiyyətini ÜST-yə üzv ölkələrin rəsmi nümayəndələrinin Danimarkadakı hadisələrə maneəsiz çıxışını təmin etmək öhdəliyini pozmaqda” ittiham ediblər..