“Danışıqlar prosesi bəzən mübahisəyə çevrilir, biz tərəfdən oda yağ tökən bəyanatlar verilir” – Mirzoyanbackend

"Danışıqlar prosesi bəzən mübahisəyə çevrilir, biz tərəfdən oda yağ tökən bəyanatlar verilir" - Mirzoyan

“Danışıqlar prosesi bəzən mübahisəyə çevrilir, bu, çox təhlükəlidir”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma rejimin “keçmiş xarici işlər naziri” Karen Mirzoyan erməni mediasına müsahibəsində deyib.

“Məndə belə təəssürat yaranır ki, danışıqlar prosesi bəzən mübahisəyə çevrilir. Hansı tərəfin təklif etdiyi variantın qəbul edilməli olduğu müntəzəm mübahisəyə səbəb olur. Burada nədən danışıldığı unudulur, bu, çox təhlükəlidir.

Təəssüf ki, bəzən bizim tərəfimizdən, məsələn, ya Rusiya, ya Vaşinqton, ya da Qərb variantlarını seçdiyimiz deyiləndə, kobud desək, oda yağ tökən bəyanatlar verilir. Bu sənədlərin məzmunundan danışmırıq. Bu və ya digər variantı imzalamaqla nə qazanacağımız maraqlandırır. Bununla da bölgədə süni ayırıcı xətlərin genişlənməsinə öz töhfəmizi vermiş oluruq.

Bəli, bu gün kifayət qədər uzun fasilədən sonra region supergüclər rəqabətinin episentrlərindən birinə çevrilib. Və bu çox təhlükəlidir. Bu bölücü xətlərdən yan keçmək lazımdır. Bu və ya digər hakimiyyətin üstünlüklərindən deyil, dövlətçilik maraqlarınızdan irəli gələn mövqeni qorumaq vacibdir. Bunun üçün də çox ehtiyatlı davranmaq lazımdır”, – deyə Mirzoyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*