Darxan Kıdırəlidən 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANATbackend

Darxan Kıdırəlidən 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANAT

Beynəlxalq Türk Akademiyası prezidenti Darxan Kıdırəli “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı bəyanat yayıb.

KONKRET.az xəbər verir ki, bəyanatda deyilir:

“1918-ci ilin mart ayından başlayaraq iki ay ərzində erməni daşnakları Azərbaycanın fərqli bölgələrində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri, tarixi mədəni abidələr, məscidlər dağıdılmışdır. Təəssüf ki, onların bu qeyri-insani əməllərinə beynəlxalq səviyyədə hüquqi qiymət verilməmiş və bunun nəticəsidir ki, illər sonra Xocalıda və digər yerlərdə bənzər cinayətlər yenidən törədilmişdir.

Tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törədilən bu cür qətliamlara dünya ictimaiyyətinin diqqətini çəkmək məqsədilə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev tərəfindən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Beynəlxalq Türk Akademiyası olaraq, 31 Mart soyqırımı qurbanlarına rəhmətlə anır, qardaş Azərbaycan xalqına və dövlətinə dəstəyimizi ifadə edir, bir daha belə qeyri-insani əməllərin baş verməməsi, sülhün və əmin-amanlığın təmin olunması üçün dünya birliyini bu hadisələrə münasibətdə ədalətli olmağa çağırırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*