Daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqların tanınması nə deməkdir? – ŞƏRHbackend

Daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqların tanınması nə deməkdir? - ŞƏRH

Daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqların tanınması nə deməkdir?
KONKRET.az bu barədə məlumatı təqdim edir:

“Bu, daşınmaz əmlak üzərində fiziki və hüquqi şəxslərin hüquqlarını 6 iyul 2006-cı il tarixinədək olan dövrdə dövlət qeydiyyatına almış orqanların (məsələn, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Tikinti və Arxitektura Komitəsi və s.) verdiyi dövlət aktları, şəhadətnamələr və qeydiyyat vəsiqələrinin öz hüquqi qüvvəsini saxlamasıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*