Daşınmaz əmlak üzərində hüquqlar neçə gün müddətində dövlət qeydiyyatına alınır? backend

Daşınmaz əmlak üzərində hüquqlar neçə gün müddətində dövlət qeydiyyatına alınır? 

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq ərizənin təqdim edildiyi gündən​ 10 iş günü müddətində​ daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır.​

KONKRET.az xəbər verir ki, məsələyə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti​ aydınlıq gətirib.

Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*