Daşkənddən Moskvaya uçan təyyarə sərnişinlərdən birinin səhhətinin pisləşməsi səbəbindən geri qayıdıb.
KONKRET.az RİA Novostiyə istinadən xəbər verir ki, səhhəti pisləşən sərnişin Özbəkistan vətəndaşı olub və ona ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb. Bundan sonra təyyarə yenidən yoluna davam edib.
Vəli Həsənoğlu,
KONKRET.az