Daşkəsəndə həmkəndlisini güllələyən şəxs tutuldubackend

Daşkəsəndə həmkəndlisini güllələyən şəxs tutuldu

Daşkəsən rayonunda mübahisə zamanı həmkəndlisini güllələyən şəxs saxlanılıb.

KONKRET.az-ın məlumatına görə, rayonun Zivlən kəndində ,1949-cu il təvəllüdlü Zahid İsmayılova ov tüfəngi ilə atəş açaraq onu ayağından güllələməkdə şübhəli bilinən şəxs, Zöhrab İmanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ondan hadisədə istifadə olunan qeydiyyatsız ov tüfəngi də götürülüb.

Qeyd edək ki, yaralı xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*