Daşkəsən rayonunda internetin verilməsində fasilə yaranıb.
KONKRET.az xəbər verir ki, artıq bir neçə saatdır Daşkəsəndə internetin verilməsi dayanıb.
Məlumata görə, “Azəronline” internet provayderində problem yaranıb. Hazırda yaranmış problemin həlli istiqamətində işlər görülür.
Nasazlıq aradan qaldırıldıqdan sonra internetin verilməsi gözlənilir.//Report