Daşkəsənin Qabaqtəpə kəndində qeydə alınmış qətlin bəzi təfərrüatı məlum olub.
KONKRET.az Report-a istinadən xəbər verir ki, hadisədən əvvəl 2005-ci il təvəllüdlü Elnur Quliyev qonşusu, 1969-cu il təvəllüdlü Məmməd Əmrahovla küçədə şəxsi münasibətlər zəminində mübahisə edib.
Dava zamanı onların küçədə tək olduqları bildirilir.
Daha sonra o, 54 yaşlı kişiyə bir neçə bıçaq zərbəsi endirərək qətlə yetirib. E.Quliyev hadisəni törətdikdən sonra könüllü olaraq polisə təslim olub.
Hadisəni törətməkdə şübhəli bilinən E.Quliyev abituriyentdir.
Bu il o, tələbə adını qazanıb, M.Əmrahov isə ailəsindən ayrılıb, anası və bacısı ilə birgə yaşayırmış. Qətlə yetirilən şəxs kənd ərazisində heyvandarlıq və əkinçiliklə məşğul olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.