“Daşnaksütyun” və “Ədalət” partiyaları Arayik Arutyunyanla müqavilələrini pozdular – ŞOK SƏBƏBbackend

“Daşnaksütyun” və “Ədalət” partiyaları Arayik Arutyunyanla müqavilələrini pozdular - ŞOK SƏBƏB

Son vaxtlaradək qüvvədə olan müqaviləyə əsasən qondarma qurumun rəhbəri Arayik Arutyunyan “hökumət” qurarkən və kadr dəyişikliyi edərkən “Daşnaksütyun” və Vitali Balasanyanın “Ədalət” partiyasının rəylərini nəzərə alırdı. Lakin son vaxtlar Arayik Arutyunyan partiyalara heç bir hesabat vermir, hər hansı bir danışıq aparmır. Ona görə də partiyalar onunla birtərəfli qaydada müqaviləni pozublar.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Verelq.am” yayıb. Məlumatda deyilir ki, ”Arutyunyan öz hərəkətlərini Ermənistan siyasi qüvvələri ilə əlaqələndirmədən həyata keçirir. Eyni zamanda, “Daşnaksütyun” və “Ədalət” partiyaları ilə razılaşmadan Arutyunyan Qarabağda prezident və parlament seçkiləri keçirməyə hazırlaşır. Bu isə qüvvədə olan müqavilənin bəndlərinə tamamilə ziddir”.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*