Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildibackend

Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi

Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq Aparat rəhbəri, hazırda “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Kommunikasiya departamentinin müdir müavini vəzifəsində olan Daşqın Rəcəblinin bacısı Çinarə Balıyevaya “Bakı Metropoliteni” QSC-də vəzifə verilib.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, Ç.Balıyeva QSC-nin Mətbuat xidməti rəhbərinin müavini təyin edilib.

Bununla bağlı müvafiq əmr imzalanıb.

O, ötən il iş üçün ADY-yə müraciət etsə də, daxili yoxlamadan keçə bilməyib.

Qeyd: Daşqın Rəcəblinin müdiri – “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova bir müddət öncə, nöqsanlara görə vəzifəsindən azad olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*