Dayələrin hazırlanması üçün xüsusi kurslar təşkil ediləcəkbackend

Dayələrin hazırlanması üçün xüsusi kurslar təşkil ediləcək

Rusiyanın Dövlət Duması, təhsil və əmək nazirlikləri təhsil müəssisələrində dayələrin hazırlanması üçün təlim modulunu tətbiq edəcək.

KONKRET.az yerli mediaya istinaən xəbər verir ki, bu modulun tətbiqi uşaq tərbiyəsi xidmətlərinin əhəmiyyətli hissəsini əhatə edəcək. Bu o deməkdir ki, bir çox dayə lazımi təhsil və təlim olmadan işləyir. Nəticədə uşaqların təhlükəsizliyi və inkişafı mənfi təsiə məruz qalır.

İnsanları bu peşəyə öyrətmək üçün xüsusi kursların hazırlanması təklif edilir. Təlim əsas uşaq psixologiyası, təhlükəsizlik, sağlamlıq və gigiyena, uşaq inkişafı, tədris üsulları və sair kimi mövzuları əhatə edə bilər.

Təklif müəllifləri əmindirlər ki, dayələrin hazırlığı hərtərəfli olmalı və həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmalıdır. Praktik təlim uşaq bağçalarında və ya ailələrdə təcrübə keçməklə həyata keçirilə bilər. Burada dayələr təcrübəli mütəxəssislərin rəhbərliyi altında əldə etdikləri bilikləri praktikada tətbiq edə biləcəklər.

Bu modul üzrə təlimi başa vurmuş mütəxəssislərin rəsmi uşaq müəssisələrində və ailələrdə işləmək şansı daha yüksək olacaq, həmçinin öz ixtisaslarını təkmilləşdirə və daha yüksək ödənişlərə vəsiqə qazana biləcəklər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*