DÇ-2022: Argentina Meksikanı məğlub etdibackend

DÇ-2022: Argentina Meksikanı məğlub etdi

Qətərdə keçirilən DÇ-2022-nin C qrupunda II tura yekun vurulub.

KONKRET.az-ın məlumatına görə, günün son matçında Argentina meydana çıxıb.

Turnirə sensasiyalı şəkildə Səudiyyə Ərəbistanına uduzaraq başlayan Lionel Messinin komandası bu dəfə Meksika ilə üz-üzə gəlib. “Albiseleste” ikinci yarıda Lionel Messi və Entso Fernandesin vurduğu qollarla bu mundialda ilk qələbəsini qazanıb.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək C qrupunun son turunda Argentina Polşa ilə, Meksika isə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

DÇ-2022, qrup mərhələsi
26 noyabr, II tur
C qrupu
23:00. Argentina – Meksika 2:0

Qol: Lionel Messi, 64, Entso Fernandes, 87

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*