DÇ-2022: Final oyununun topu təqdim olundubackend

DÇ-2022: Final oyununun topu təqdim olundu

FIFA Qətərdəki dünya çempionatının yarımfinal və final oyunlarının rəsmi topunu təqdim edib.

KONKRET.az ali futbol qurumunun saytına istinadən xəbər verir ki, top “Al Hilm”, ərəb dilindən tərcümədə “Arzu” adlanır.

Mundialın yarımfinal matçları dekabrın 13-ü və 14-də, final görüşü isə 18-də olacaq. Yarımfinalda Argentina Xorvatiyanı, Fransa isə Mərakeşi sınağa çəkəcək.

Qeyd edək ki, həlledici qarşılaşma “Lusail” stadionunda oynanılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*