DÇ-2022: İlk finalçı müəyyənləşirbackend

DÇ-2022: İlk finalçı müəyyənləşir

Bu gün Qətərdə təşkil olunan DÇ-2022-də yarımfinal mərhələsinə start veriləcək.

KONKRET.az xəbər verir ki, ilk oyunda Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər.

Bununla da mundialda ilk finalçı bəlli olacaq. Cütün qalibi mundialın həlledici qarşılaşmasında Fransa – Mərakeş duelinin güclüsü ilə üz-üzə gələcək.

“Lusail” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, yarımfinalın digər matçında sabah Fransa millisi Mərakeşi sınağa çəkəcək. Final oyunu isə dekabrın 18-də olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*