2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VI tura yekun vurulub.
KONKRET.az-ın məlumatına görə, son oyun günündə 5 qrupda 12 qarşılaşma baş tutub.
Günün ilk görüşü J qrupunda oynanılıb. Lixtenşteyni qəbul edən Ermənistan rəqibi ilə bacarmayıb – 1:1. Bu qrupun digər oyunlarında Almaniya səfərdə İslandiyanın qapısından 3 cavabsız top keçirib. Rumıniya isə Şimali Makedoniya ilə qolsuz heç-heçəyə razılaşıb.
B qrupunda İspaniya səfərdə Kosovonu məğlub edib. İsveç isə Yunanıstana uduzub. C qrupunda İtaliya evdə Litvanı darmadağın edib. İsveçrə isə səfərdə Şimali İrlandiyanın müqavimətini qıra bilməyib.
E qrupunda Belçika Rusiyanın Kazan şəhərində keçirilən matçda Belarusa çətinliklə qalib gəlib. Uels – Estoniya oyununda isə qalib müəyyənləşməyib. Gecənin maraqlı görüşlərindən biri I qrupunda olub. Polşa millisi doğma meydanda İngiltərə yığmasını sınağa çəkib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bu qrupun digər oyunlarında Macarıstan Andorranı, Albaniya isə San Marinonu yenib.