Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
KONKRET.az-ın məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub.
Dublindəki “Aviva” stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Görüşün ilk 10 dəqiqəsi meydan sahiblərinin kəskin hücumları şəraitində keçib. 23-cü dəqiqədə Namik Ələskərovun qüvvətli zərbəsini qapıçı Qavin Bazunu çətinliklə dəf edib. 45+1-ci dəqiqədə Emin Mahmudov baxımlı qola hesabı açıb.
İkinci hissədə İrlandiya seçməsi təzyiqi daha da artırıb. 60-cı dəqiqədə Şahruddin Məhəmmədəliyev Troy Parrotun uzaq məsafədən zərbəsini geri qaytarıb. 81-ci dəqiqədə Rüstəm Əhmədzadə qapıçı ilə təkbətək çıxsa da, fərqlənə bilməyib. Britaniya təmsilçisinin ardıcıl bir neçə cəhdi qeyri-dəqiq alınıb. Buna baxmayaraq 87-ci dəqiqədə Şeyn Daffi tarazlığı bərpa edib.
Beləliklə, Azərbaycan millisi DÇ-2020-nin seçmə mərhələsində ilk xalını qazanıb. Komanda hazırda 1 xalla 4-5-ci yerləri bölüşdürür. A qrupunun digər matçında Serbiya Lüksemburqu 3:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Portuqaliyaya qarşı keçirəcək.
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində milli komandamız İrlandiya ilə qarşılaşır.
KONKRET.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsi yığmamızın üstünlüyü ilə bitib.
Emin Mahmudov ilk hissəyə əlavə olunmuş 1-ci dəqiqədə hesabı açıb.
Hazırda oyunda fasilədir.
20:01
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində milli komandamız İrlandiya ilə qarşılaşır.
Oyuna start verilib, hazırda hesab açılmayıb.
19:05
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində üz-üzə gələcək İrlandiya və Azərbaycan millilərinin start heyətəri açıqlanıb.
Komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
İrlandiya: 1. Qavin Bazunu, 2. Şeymus Koulman, 4. Şeyn Daffi, 5. Con Eqan, 6. Joş Kullen 7. Mett Doerti, 11. Ceyson Molumbi, 17. Jayson Molumby, 21. Aaron Connoly, 10. Troy Parrot, 9. Adam İdah
Ehtiyat oyunçular: 16. Kuivin Kelleher, 23. Ceyms Talbot, 3. Rayan Manninq, 8. Konor Hurihan, 12. Kallum Robinson, 13. Ceff Hendrik, 14. Alan Braun, 15. Daril Horqan, 18. Cemi Makqrat, 19. Ceyms Kollins, 20. Ronan Kurtis, 22. Andryu Omobamidele
Baş məşqçi: Stefen Kenni
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev, 14. Elvin Bədəlov, 18. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 20. Filip Ozobiç, 7. Namik Ələskərov
Ehtiyat oyunçular: 12. Mehti Cənnətov, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Rüfət Əhmədzadə, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Bəhlul Mustafazadə, 16. Anatoli Nuriyev, 19. Təmkin Xəlilzadə, 21. İsmayıl İbrahimli 22. Rəhim Sadıxov,
Baş məşqçi: Canni De Byazi
Qeyd edək ki, Dublindəki “Aviva” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
11:13
Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində millimiz növbəti oyununu keçirəcək.
KONKRET.az xəbər verir ki, Azərbaycan millisi Dublində İrlandiyanın qonağı olacaq.
Hər iki komandanın aktivində xal olmadığından, bu matç qrup autsayderlərinin görüşü kimi səciyyələndirilə bilər. Tərəflər əsas komanda səviyyəsində ilk dəfə üz-üzə gələcəyindən, bu, ilk matç kimi tarixə düşəcək.
Qeyd edək ki, millimiz sentyabrın 7-də Portuqaliyanı qəbul edəcək.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
4 sentyabr
20:00 İrlandiya – Azərbaycan
Baş hakim: Jerom Brisar (Fransa)
Dublin. “Aviva” stadionu