DÇ-2022: Seneqal Qətərə qalib gəldi / YENİLƏNİBbackend

DÇ-2022: Seneqal Qətərə qalib gəldi / YENİLƏNİB

Futbol üzrə Dünya çempionatında ikinci turun oyunları başlayıb.

KONKRET.az-ın xəbərinə görə, “A” qrupunun ilk matçında mundialın ev sahibi Qətərlə Seneqalla üz-üzə gəlib.

Şansları yüksək qiymətləndirilən son Afrika çempionu rəqibi üzərində inamlı qələbə qazanıb (3:1).

Görüşə gəlincə, ilk hissənin sonunda Seneqaldan Bulaye Dia hesabı açıb. İkinci yarının əvvəlində Dyedyö afrikalıların üstünlüyünü bir qədər də möhkəmləndirib. Qətərin heyətində Muntari fərqi azaltmaqla Dünya çempionatları tarixində yığmanın ilk qoluna imza atıb. 84-cü dəqiqədə isə Dayenq Seneqalın qələbə topunu vurub.

Beləliklə, qalibiyyətdən sonra Seneqal iki görüşün nəticəsində 3 xala malikdir.

25 noyabr
DÇ-2022
Qrup mərhələsi, II tur
A qrupu
17:00. Qətər – Seneqal – 1:3

Qollar: Bulaye Dia, 41 (0:1), Famara Dyedyö, 49 (0:2), Sulley Muntari, 78 (1:2), Dayenq, 84 (1:3)

Qeyd edək ki, qrupun digər görüşündə Niderland-Ekvador münasibətlərinə aydınlıq gətirəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

17:07

Qətərdə keçirilən dünya çempionatında Qətər və Seneqal yığmaları arasında A qrupunun II tur oyunu başlayıb.

KONKRET.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*