“Dədəm mənə kor-deyib…” – Qadın azadlığı və ya ŞİDDƏT NƏDİR? – Emil Rasimoğlubackend

"Dədəm mənə kor-deyib..." - Qadın azadlığı və ya ŞİDDƏT NƏDİR? - Emil Rasimoğlu

Emil Rasimoğlu,
AYB-nin üzvü, Prezident təqaüdçüsü

FEMİNİZM…bu sözlə son günlər tez-tez qarşılaşırıq. Xüsusən də sosial şəbəkələrdə… Əksəriyyət də yanlış baxış tərzi, savadsız yanaşmalar, şəhlər…

Əvvəla, istənilən İZM haqqında danışarkən gərək ki, ona mükəmməl bələd olmağı unutmayasan… Necə deyərlər “Dədəm mənə kor-deyib, gedib-gələni vur-deyib” məsəlinə çevirməyəsən…

Gələk mövzuya… Feminizm qadın hüquqlarını qorumaqdısa, qadına olunan şiddətə qarşıdırsa, bunu mən də qəbul edirəm (Eləcə də dərkin, sayğının, dəyərin,şəxsiyyətin nə olduğunu bilən bu günün hər hansısa bir bəyi!). Qəbul edirəm ki, qadına da şəxsiyyət kimi, fərd kimi ailədə və cəmiyyətdə dəyər, sayğı mütləqdir!… və şiddət nəinki qadın cinsləri, eləcə də kişi cinsləri tərəfindən qınanılmalıdır. Bu öz yerində…

Amma kim dedi ki, harda yazılıb ki, feminizm ümumilikdə kişilərə qarşı çıxmaqdı, ailəni kortəbii dağıtmaqdır, ailə institunu məhv etməkdir? Ümumilikdə kişi deyiləcək varlıqdan imtina etməkdir?

Əzizlərim, feminizm qadın azadlığını qorumaqdısa hələ gəlin görək bu cəmiyyət qızlı-oğlanlı, kişili-qadınlı (istisnalar mütləqdir) öncə mənəvi azadlığın nə olduğunu məna etibarı ilə başa düşürmü? Azadlıq sənin olana yiyələnmək, sahiblənməkdir, istədiyinə yox… Sən hələ öncə müəyyən et görək nələrə sahiblənə bilmək sənin haqqındır, sənin olan nədir və o zaman iddia qaldır. Feminizm adı altında azadlığın yox istəklərin davası özünü boşçoxluğa yuvarlanmaqdan başqa bir şey deyil.

Axı, məsələn, bir kortəbii təfəkkürə malik olan 8-ci, 9-cu sinif şagirdi (istisnalar çox nadir) hansı feminizmdən danışa bilər. Bu hansı dünyagörüşünə, dərkə gedib çatdı ki, indi də feminizmdən danışır. Bəli, onu danışdıran azadlığının nə olduğunu tanıması deyil, içindəki istəkləridir. Dildən-dilə, qulaqdan-qulağa onda formalaşan feminizmin məqsədi onu mənəvi özünüidarəetmə mexanizimindən çıxarmaqdı, sadə dillə desək özbaşınalıq etməyə sövq etmək… Bu zaman ona kənardan uzanan hər hansı bir ƏLin (fərq etmir, ata, qardaş, əmi, dayı, dost) adını niyə ŞİDDƏT qoyuruq, axı?!.. Niyə o ƏL uzanmasa, nələrin olacağını düşünmürük? Niyə düşünmürük ki, hətta orada müəyyən şiddət olsa da, həmin qızcığazın tutduğu “yol”un həyati şiddəti ondan da betərdi.

Sən yanlışlığının ucbatından bir quyunun üstünə gedirsənsə və mən qarşına çıxıb maneəyə çevrilirəmsə, burada mən günahkaram, yoxsa sənin dərkin?

Mən hər hansısa bir şəxsin qolunu, ayağını kəssəm, məni cinayətə cəlb edib cəzalandıracaqlar. Belə də olmalıdır…Bəs bir həkim necə? O bir xəstənin ayağını, qolunu ambutasiya edərkən niyə cinayətə cəlb olunub cəzalandırılmır? Demək, orada bir xilas məqsədi var.

Bu məsəli çəkməkdə heç bir şiddət doğuran hərəkətə bəraət qazandırmıram. Amma təfəkkürsüz birinin feminizmlə özbaşınalığı səhv saldıqdan sonra tutduğu “yol”un qarşısına da çıxanı qınaya bilmirəm…

Belə bir fikir var. “Qanun kitabını ver alim əlinə”

AZADLIQ istədiyinə çatmaqla sənin olana çatmağı müəyyənləşdirə bilənin haqqıdır.

Öncə dünyagörüşə, savada, özünüidarəetmə funksiyasına sahib ol, fərdləş, azadlığın nə olduğu mahiyyətcə tanı sonra bu zaman hər hansısa ideyanı icra et…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*