DƏHŞƏT: Venesuela ssenarisi bu ölkələrdə də təkrarlanacaqbackend

DƏHŞƏT: Venesuela ssenarisi bu ölkələrdə də təkrarlanacaq

ABŞ-ın Venesuelada atdığı kəskin addımlar və Prezident Nikolas Maduronun həbs olunaraq bu ölkəyə aparılması beynəlxalq münasibətlər sistemində ciddi suallar doğurur. Bəs Venesuela böhranı həllini tapmasa, oxşar ssenarilər hansı ölkələrdə təkrarlana bilər?

Bu barədə siyasi şərhçi İlyas Hüseynov KONKRET.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Venesuela Prezidenti Nikolas Maduronun həbs edilərək ABŞ-a aparılması beynəlxalq münasibətlər sistemində dərin böhranın mövcudluğunu açıq şəkildə ortaya qoyur:

“Bu hadisə göstərir ki, güc tətbiq edən dövlətlər qarşılarında müəyyən mənada “yaşıl işıq” görürlər. Eyni zamanda, bu proses müasir beynəlxalq münasibətlər sistemində güc faktorunun uzun müddət aktual qalacağının göstəricisidir.”

İlyas Hüseynov: “Azərbaycanın əldə etdiyi uğurlar bütün dünyada müzakirə olunur” | KONKRET

Şərhçi vurğulayıb ki, Amerika regionunda baş verən hadisələr digər böyük dövlətlər üçün də presedent yaradır:

“Rusiya, Çin, İsrail kimi ölkələr ABŞ-ın regionda atdığı addımlardan ilhamlanaraq ayrı-ayrı bölgələrdə daha aqressiv hərəkətlərə və güc tətbiqinə davam edə bilərlər.”

İlyas Hüseynov hesab edir ki, ABŞ-ın Venesuela ilə bağlı sərt və radikal yanaşması gələcəkdə digər dövlətlərə də şamil oluna bilər:

“Xüsusilə Kuba və Kolumbiya kimi ölkələrin hədəf seçilməsi ehtimalı kifayət qədər yüksəkdir.”

Siyasi şərhçi ABŞ prezidenti Donald Trampın hakimiyyətə gələrkən sülh yolu ilə mübahisələrin həllinin tərəfdarı kimi təqdim olunduğunu xatırladaraq əlavə edib ki, real siyasət fərqli mənzərə ortaya qoyur:

“Görürük ki, Trampın yanaşması əvvəlki güc tətbiq edən ABŞ liderlərindən ciddi şəkildə fərqlənmir. Onun üçün əsas olan nəticədir və bu nəticə ABŞ-ın maraqları çərçivəsində müəyyənləşdirilir.”

Ekspertin fikrincə, Venesuela böhranı beynəlxalq münasibətlər sistemində yeni və daha təhlükəli mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*