Bakıda maşın yolda uzanmış oğlanın üstündən keçdibackend

Bakıda maşın yolda uzanmış oğlanın üstündən keçdi

Sabunçu rayonunda maşın sərxoş kişini vurub.

KONKRET.az xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Toğrul Süleymanov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalt örtük üzərində uzanmış 2003-cü il təvəllüdlü Kənan Əmirovu vurub.

Kənan Əmirov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*