Dələduzlar vətəndaşın hansı bankla kredit müqaviləsi bağladığını haradan bilir? – ŞOK DETALLARbackend

Dələduzlar vətəndaşın hansı bankla kredit müqaviləsi bağladığını haradan bilir? - ŞOK DETALLAR

Son dövrlər onlayn kreditlərlə bağlı dələduzlar tərəfindən sui-istifadə hallarına yol verilməsi cəmiyyətin və ekspertlərin narahatlığına səbəb olub. Mütəxəssislər bildirirlər ki, bu problem yalnız vətəndaşın şəxsi səhlənkarlığı ilə izah oluna bilməz, məsələ daha ciddi təhlükəsizlik və hüquqi boşluqlarla bağlıdır.

Mövzunu KONKRET.az-a bank sahəsi üzrə ekspert Əkrəm Həsənov şərh edib:

Əkrəm Həsənov: "Mərkəzi Bankın - RƏHBƏRİNİN DƏYİŞƏCƏYİNİ GÖZLƏYİRƏM" - FED.az

“Vətəndaşın onlayn kredit götürə bilməsi üçün öncədən bankla müqavilə bağlaması vacibdir. Yəni bu imkan hər kəsə avtomatik olaraq təqdim edilmir. Müqavilədə konkret olaraq vətəndaşın hansı şərtlərlə və texniki vasitələrlə kredit ala biləcəyi göstərilir.

Bununla belə, əsas sual açıq qalır: dələduz vətəndaşın hansı bankla bu tip müqavilə bağladığını haradan bilir? Banklar bildirirlər ki, vətəndaş özü şəxsiyyət vəsiqəsi və digər məlumatlarını təqdim edib. Buna görə də, məsuliyyət onlara aid deyil. Amma vətəndaşlar bu cür məlumatları heç bir ictimai platformada paylaşmadıqlarını iddia edirlər”.

Ekspertin sözlərinə görə, bank daxilində kimsə bu məlumatları dələduzlara ötürür, ya da bankın məlumat sistemi haker hücumuna məruz qalıb və şəxsi məlumat bazası oğurlanıb. Hər iki variant bankların informasiya təhlükəsizliyi sahəsində ciddi problemlərinin olduğunu göstərir.

“Dələduzların vətəndaşlara zəng vuraraq müxtəlif yalançı bəhanələrlə, məsələn, “bankdan zəng edirik” kimi, SMS-lə gələn kodu əldə etməsi və bu kod vasitəsilə kredit rəsmiləşdirməsini həyata keçirməsi halları geniş yayılıb. Ona görə də,Mərkəzi Bank onlayn kreditlərin verilməsini müvəqqəti olaraq qadağan etməlidir. Çünki bu sahə hələ də lazımi şəkildə tənzimlənməyib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*