Bakıda avtomobil 37 yaşlı qadını vuraraq öldürüb.
KONKRET.az apa-ya istinadla xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.
Belə ki, 2002-ci təvəllüdlü Seyfulla Mehdizadənin idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə “Dövlət Bayrağı” meydanının yaxınlığında piyada 1988-ci il təvəllüdlü Vlada Vladislavovna Axundovanı vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, V.Axundova müğənni imiş.
