Dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanıldıbackend

Dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Şirvanda ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq, habelə hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, Şirvan şəhərində bir vətəndaşdan 20 min manat, iki vətəndaşdan ayrı-ayrılıqda 10 min manat, digər vətəndaşın isə bank kartındakı pulunu talamaqda şübhəli bilinən Təbriz Cəfərov saxlanılıb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində cinayət məcəlləsinin 177 və 182-ci maddələri ilə cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*