Suriya İnsan Haqları Müşahidə Qrupu 24 oktyabr 2024-cü ildə İsrail Hərbi Hava Qüvvələrinin Dəməşq və Homs bölgəsindəki hədəflərə endirdiyi zərbələrin nəticələrinə dair yenilənmiş məlumatları dərc edib.
KONKRET.az xəbər verir ki, oktyabrın 24-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Dəməşqin Kafr Sousa ərazisində yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı hökumət binasının həyətindəki hədəfi vurub. Zərbə nəticəsində bir nəfər ölüb, daha üç nəfər yaralanıb. Digər məlumata görə İDF Homs əyalətinin cənub-qərbindəki Qusayr bölgəsinin nəzarət-buraxılış məntəqəsi yaxınlığında yük maşınına hücum edilib. Suriya ordusunun əsgəri həlak olub, daha 4 nəfər yaralanıb. Suriya İnsan Haqları Müşahidə Qrupunun hesabatında daha sonra qeyd olunur: Suriyanın hava hücumundan müdafiə qüvvələri Dəməşqə edilən hava hücumlarına qarşı heç bir cəhd etməyib.
Vəli Həsənoğlu,
KONKRET.az