Dənizdə batdığı ehtimal edilən Turalın axtarışları davam edirbackend

Dənizdə batdığı ehtimal edilən Turalın axtarışları davam edir

İki aydan çoxdur dənizdə batdığı ehtimal edilən Tural Sultanovun axtarışları davam edir.

KONKRET.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, bu il 27 sentyabr tarixində dənizdə batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Sultanov Tural Hüseynağa oğlunun axtarışları davam etdirilir.

Axtarışlar FHN-in Aviasiya dəstəsin helikopteri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

Qeyd edək ki, Tural Sultanov çalışdığı gəmidə itkin düşüb. O, ixtisasca həkim olub. Gəmi ilə yanaşı özəl klinkada həkim kimi fəaliyyət göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*