Deputat çağırış etdi – Bu şəxslər istintaqa cəlb edilsinbackend

Deputat çağırış etdi - Bu şəxslər istintaqa cəlb edilsin

Qazaxıstanda bir deputat Baş Prokurorluğu qazaxıstanlı siyasətçilərin Epşteynlə mümkün əlaqələri barədə məlumatları yoxlamağa və hüquqi qiymət verməyə çağırıb.

KONKRET.az xəbər verir ki, nümunə kimi Asxat Raximjanov Milli Təhlükəsizlik Komitəsinin (MTK) keçmiş sədri Karim Masimovu göstərib. O, həmçinin dövlət sirrinin açıqlanıb-açıqlanmadığının da araşdırılmasını tələb edib.

Raximjanov 2008-ci ildə Nyu-Yorkda vəfat etmiş Almatıdan olan model Ruslana Korşunovanın ölümünü də xatırladıb. Deputat bu məlumatın da yoxlanılmasına çağırıb, çünki onun ölümü indiyədək tam aydınlaşdırılmayıb. Rəsmi versiyaya görə, o, intihar edib.

Ruslana Korşunova parfüm reklamındakı yaddaqalan obrazı ilə də xatırlanır: saray zalında çəhrayı, geniş don geyinmiş qız qırmızı almaların üst-üstə yığıldığı bir dağa dırmaşırdı.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*