Deputat Etibar Əliyevin dediyi “10 ili başa vuran, 20 ildən çox işləyən” rektorlar kimlərdir? – SİYAHIbackend

Deputat Etibar Əliyevin dediyi “10 ili başa vuran, 20 ildən çox işləyən” rektorlar kimlərdir? - SİYAHI

Xəbər verdiyimiz kimi, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev parlamentin plenar iclasında çıxışı zamanı Azərbaycandakı universitet rektorları arasında fəaliyyət müddəti 10 ili ötənlərin olduğunu deyib. Deputat “Təhsil haqqında” qanuna əsaslanaraq bildirib ki, rektorlar 5 il müddətinə təyin olunmalıdırlar, lakin onların əksəriyyəti 10 il müddətini ötüb, digərləri isə bu müddətə yaxınlaşırlar. E.Əliyevin sözlərinə görə, Azərbaycanda 20 ildən çox, hətta 32 il işləyən rektorlar da var.

KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, ən qocaman rektor Bakı Musiqi Akademiyasının rektoru 76 yaşlı Xalq artisti, professor Fərhad Bədəlbəylidir. O, 1991-ci ildən bu vəzifədədir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 70 yaşlı rektoru professor Gülçöhrə Məmmədova 2000-ci ildən bu vəzifədədir.

Azərbaycan Milli Konservatoriyasının rektoru 2001-ci ildən bəri 69 yaşlı professor Siyavuş Kərimidir.

80 yaşlı akademik Urxan Ələkbərov isə 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorudur.

Sumqayıt Dövlət Universitetinin 75 yaşlı rektoru Elxan Hüseynov 2014-cü ildən bu vəzifədədir.

Gəncə Dövlət Universitetinin 72 yaşlı rektoru professor Yusif Yusibov da 2014-cü ildən bəri rektordur.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru 2014-cü ildən bəri 61 yaşlı professor Ədalət Muradovdur.

Azərbaycan Tibb Universitetinin 56 yaşlı rektoru professor Gəray Gəraybəyli vəzifə müddəti 10 ilə yaxınlaşanlar sırasındadır. Belə ki, o, 2016-cı ildən rektor kimi çalışır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 63 yaşlı rektoru professor Cəfər Cəfərov da 2016-cı ildən bu vəzifədədir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*