Deputatın ikinci biznesi ortaya çıxdı – İDDİAbackend

Deputatın ikinci biznesi ortaya çıxdı - İDDİA

Milli Məclisin daha bir deputatının qanunları kobud şəkildə pozması ilə bağlı məlumat yayılıb.

46 saylı Şirvan Seçki Dairəsindən deputat seçilən İltizam Yusifovun böyük biznes fəaliyyəti ilə bağlı faktlar ortaya çıxıb.

KONKRET.az xəbər veir ki, bununla bağlı jurnalist Həbib Müntəzir məlumat paylaşıb:

“İ. Yusifov deputat olana qədər “Shirvan Operating Company ltd” şirkətinin vitse-prezidenti olub və hələ də biznes fəaliyyətini davam etdirir və hər ay 18 min 600 manat maaş alır. Dövlət Sosial Müdafiə Portalından çıxarılan sənəddə qeyd olunur ki, iki neft şirkəti “Shirvan Operating company LTD” və Kayman adalarının “Karasu Operating Company”nin filialı millət vəkilinə hər ay maaş ödəyir. Hər iki şirkətin adı isə mətbuatda dəfələrlə işçilərin maaş problemləri ilə əlaqədar hallanıb. Həmçinin iddia olunur ki, İ. Yusifovun Vircin adalarında ofşor şirkəti də var”.

Qeyd edək ki, İ Yusifov deputat həmkarı Kəmaləddin Qafarovla qudadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*