“Ermənistan Azərbaycanın, o cümlədən Qarabağın ərazi bütövlüyünü tanıyır”.
KONKRET.az xəbər verir ki, bunu “Mülki müqavilə” fraksiyasının deputatı Mariya Karapetyan deyib.
O, xüsusilə deyib:
“Mən Cənubi Qafqazdakı vəziyyətə toxunmaq istərdim. Ermənistan və Azərbaycan sülh danışıqları aparır. Bu sülh danışıqlarında Ermənistanın qarşısına qoyduğu məqsəd sülh müqaviləsinin imzalanmasıdır ki, bu müqaviləyə əsasən Ermənistan və Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyır. Ermənistan Azərbaycanın, o cümlədən Qarabağın ərazi bütövlüyünü tanıyır.
Cənubi Qafqaz xalqlarının son onilliklərdə keçdiyi bütün çətinliklərdən sonra Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün tarixi imkan yaranıb”, – deyə Karapetyan bildirib.
Günel Mikayılova,
KONKRET.az