Deputat: “Namazı hər kəs öz dilində qılsa, əməlli-başlı xaos yaranar”backend

Deputat: “Namazı hər kəs öz dilində qılsa, əməlli-başlı xaos yaranar”

“Dinşünas deyiləm, amma məncə, namazın Azərbaycan dilində qılınması doğru olmaz. Hər halda namaz ərəb dilindədir. Peyğəmbərimiz də ərəb dilində qılıb. Ona görə də namazın Azərbaycan dilində qılınmasına ehtiyac yoxdur. Ərəb dilində qılınsın. Təbii ki, hər kəs qıldığı namazın mənasını, nə ehtiva etdiyini mütləq şəkildə bilməlidir. Qarşıma elə insanlar çıxıb ki, namazdakı sözlərin mənasını bilmir. Mənasını bilsələr yetərlidir. Xristian aləmində də belədir. Demək olar, bir çox dualar latınca oxunur. Orginalı latın dilindədir, bu dildə də deyirlər. Bu cür məsələlərin əsaslarını, əlbəttə, dinşünaslar daha yaxşı bilərlər. Bu isə mənim subyektiv mövqeyimdir, hər kəs “Quran”ı öz dilində oxumalıdır. Namazı hər kəs öz dilində qılsa, o zaman din birliyi pozulmuş olar, dinə münasibət dəyişər, əməlli-başlı xaos yaranar”.

KONKRET.az xəbər verir ki,bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

“Bu gün belə bir şey təklif olunsa, hər kəs namazı öz dilində qılar, sonradan deyərlər ki, “Quran”ı da öz dilimizdə oxuyaq. Hər kəs öz əlavələrini etsə, hərə bir söz desə, ciddi xaos yaranar, heç kim heç kimin kitabını oxumaz, bir-birinin sözü ilə razılaşmaz, ideyasını qəbul etməz. Hər kəs deyər ki, mən deyən doğrudur. Əslində bütün müsəlmanların məhz ərəb dilində namaz qılması həm də onları birləşdirən bir dəyər, meyar, elementdir. Bu birləşdirici elemement olmasa, onda dinin əsası sarsılar. Bu, mənim şəxsi düşüncəmdir”, – deputat bildirib.

R.Nurullayev Aşura günü Dövlət bayrağının qaldırılmasına da münasibət bildirib: “Azərbaycan bayrağı hər zaman qaldırıla bilər. İslamın ayrıca bir bayrağı yoxdur. Qara parçadan düzəldilmiş bir bayraq kimi qaldırılır. Olsun, amma hər bir ölkə öz bayrağını qaldıra bilər. Burda heç bir pis əməl görmürəm. Əlavə olaraq, Azərbaycanda din dövlətdə ayrıdır, belə də olmalıdır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*