Deputat sabiq millət vəkilini təhqir etdi – “Milli Məclisin rəhbərliyinə müraciət edəcəyəm” – QALMAQALbackend

Deputat sabiq millət vəkilini təhqir etdi - "Milli Məclisin rəhbərliyinə müraciət edəcəyəm" - QALMAQAL

Milli Məclisin deputatı Etibar Əliyev sabiq deputat Nazim Bəydəmirlini təhqir edib.

KONKRET.az-ın xəbərinə görə, buna səbəb N.Bəydəmirlinin E.Əliyevə məxsus olduğu iddia edilən “Müəllimlər saxta COVİD-19 pasportu alıb və buna görə də təhsil müəssisələrində yoluxma artır” yazısını paylaşması olub.

E.Əliyev isə açıqlama yayaraq fikrinin təhrif olunduğunu qeyd edib: “Yenidən fikirlərim təhrif olunub. Mən heç bir kütləvi informasiya vasitəsinə konkret olaraq deməmişəm ki, müəllimlər saxta COVID-19 pasportu alıb… Bir debil keçmiş deputat var: Nazim Bəydəmirli. Yarımçıq adamdır. Biz tərəfdə belə adama “ifləmə” də deyirlər. Bu debil mənim adımdan demədiyim bir fikri paylaşıb. Sonra ona ağlın uyğun yönüm verib. Bu debilin hələ bir sözünü xatırlayan yoxdur. Başına da özü kimi debilləri toplayıb. Ara qarışdırmaq üçün əlinə fürsət düşüb. Təhrif olunmuş fikrimi paylaşıb, ünvanıma təhqiramiz ifadələr təşkil elətdirir”.

N.Bəydəmirli isə deputata belə cavab verib: “Ona başa salın ki, fikirlərini mənə qədər saytlar, səhifələr paylaşıb… Mənə dediyinin də on qatı özünə aiddir.. Təhqir etməməklə bağlı da şərh yazanlara xahiş etmişəm ki, yazmasınlar, ancaq insanların qarşısını necə ala bilərəm ki, ürəklərindən gələn sözləri yazmaqda azaddırlar”.

O, deputatı təhqir etmədiyini bildirib: “Deputatı təhqir etməmişəm və heç kəsi də yönləndirməmişəm, tam əksinə onu təhqir edən bir çoxlarının şərhlərini silmişəm, ancaq onun açıq mənbələrdə publik olaraq, öz tərbiyyəsinə uyğun olaraq mənə “debil”, “şərəfsiz”, “tərbiyəsiz”, “yarımçıq adam” və s. yazaraq təhqir etməsi barədə Milli Məclisin rəhbərliyinə və Etika komissiyasına, eyni zamanda təmsil olunduğu ictimai təşkilatlara müraciət etməkdən başqa yolum qalmadı…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*