Deputat təyyarə qəzasında öldübackend

Deputat təyyarə qəzasında öldü

Paraqvayın şərqində kiçik təyyarənin qəzaya uğraması nəticəsində ölkə parlamentinin deputatı da daxil olmaqla 4 nəfər həlak olub. 

KONKRET.az xəbər verir ki, bu barədə qanunverici orqanın aşağı palatası məlumat yayıb.

“Dekabrın 2-də axşam məlum oldu ki, deputat Valter Arms San Pedro departamentinin Quayaibi rayonunda təyyarə qəzası nəticəsində həlak olub. Hadisə nəticəsində deputatın qardaşı da daxil olmaqla daha üç nəfər həlak olub”, – deyə məlumatda bildirilir.

Deputatlar Palatası həmçinin bildirib ki, deputatın ölümü ilə əlaqədar Konqresdə üç günlük matəm elan edilib.

Ultima Hora qəzetinin yazdığı kimi, ilkin məlumatlara görə, göyərtəsində 4 nəfərin olduğu təyyarə havaya qalxarkən ağaca dəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*