Deputat toxunulmazlıqdan məhrum edildibackend

Deputat toxunulmazlıqdan məhrum edildi

Avropa Parlamentinin üzvləri Avropa Parlamentinin keçmiş vitse-prezidenti Eva Kaylinin deputat toxunulmazlığından məhrum edilməsinin lehinə çıxış ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.

Bu qərar Kaylinin 2015-ci ildə baş vermiş 150.000 avroluq fırıldaqda mümkün iştirakı ilə bağlı araşdırmaya yol açır.

Qeyd edilir ki, səsvermədə Kayli ilə birlikdə fırıldaqçılıqda Avropa Parlamentinin belçikalı deputatı Mark Tarabella da iştirak edib.

Qeyd edək ki, keçmiş deputatıar köməkçiləri ilə birlikdə yalançı işə götürmə və geri ödəmə sxemi təşkil edib və bunun sayəsində 150 ​​min avroya qədər büdcə vəsaitini mənimsəyib. Əgər təqsirli bilinərsə, Yunanıstan qanunlarına görə onu 5 ildən 15 ilədək həbs cəzası gözləyir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*