Deputat Zahid Orucdan sensasion açıqlamalar: “4 P” adlı qlobal hücum planı nədir?backend

Deputat Zahid Orucdan sensasion açıqlamalar: "4 P" adlı qlobal hücum planı nədir?

 “İnformasiya müharibəsində heç zaman atəşkəs olmur!”

Millət vəkili, STM İdarə Heyətinin sədri Zahid Oruc maraqlı və sensasion açıqlamalarla çıxış edib. 

KONKRET.az xəbər verir ki, Bakıda keçirilən “Azərbaycana qarşı dezinformasiya şəbəkəsi və hibrid təhdirlər” adlə tədbirdə giriş sözü ilə çıxış edən Zahid Oruc  deyib ki, Azərbaycan hər zaman iqlobal informasiya müharibəsinin hədəfində olub.

Həmin çıxışı saytımızın oxucularına təqdim edirik: 

****

Əvvəlcə tədbirimizin məqsədini bir cümlə ilə ifadə etməli olsaq, deyərdik ki, “informasiya savaşı Vətən müharibəsinin tərkib hissəsi”dir.Bu ideyaya xidmət edən və təqdimatına toplaşdığımız “Qlobal Araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyyətində erməni faktoru” kitabı yeni informasiya əsrində və post-müharibə dövründə rəqəmsal inqilab, texnoloji inkişaf və süni intellekt platfotmalarından ölkəmiz əleyhinə sistemli informasiya terrorunu həyata keçirən qrupları təyin etməyə imkan verir, sifarişçiləri, iştirakçıları, maliyyələşmə mənbələrini və coğrafiyasını müəyyənləşdirir, yeni çağırış və həll yollarına işıq salır.

Aparılan tədqiqatda Azərbaycan xalqının ordu və dövlətimizlə birliyini, parlaq Qələbəmizi təmsil edən prezident İlham Əliyevin qlobal “araşdırma” şəbəkəsinin ardıcıl hədəfinə gəlməsində erməni faktorunun yeri və rolu peşəkarlıqla təhlil edilir, 44 günlük Vətən müharibəsində hərbi meydanda məğlub olan qüvvələrin informasiya savaşında total hücuma keçməsinə dair faktlara, “səlibçi jurnalist”lərin haker yürüşlərinin mahiyyətinə aydınlıq gətirilir.

Əziz dostlar, yeni geosiyasi rəqabətin və informasiya əsrinin çağırışları rəqəmsal inqilab resurslarını və sosial şəbəkələri hibrid müharibənin əsas alətinə çevirib.Gəlin bir daha xatırlayaq: müstəqil jurnalist Julian Assanjın Wikileaks hadisəsi yeni informasiya müharibəsi kanallarına ehtiyacı daha da artırdı. Qlobal informasiya məkanına nəzarət etməyə və milli dövlətlərin rəqəmsal-informasiya suverenliyini parçalamağa çalışan qüvvələr  “müstəqil virtual dövlətlərə” çevrilən İT şirkətləri ilə birləşərək yeni ideoloji kursu elan etdilər:qədim Romada “parçala və hökm sür” siyasəti 21-ci əsrin rəqəmsal çağırışlarına uyğunlaşaraq, idarə olunan xaosun yeni şüarı “Sındır.Sızdır.Parçala” şəklində irəli sürüldü.

Sadalanan prinsiplərə nail olan, dünya gündəmini formalaşdıran texnologiyaların   təminatçıları, Hi-Tech və sosial şəbəkə nəhəngləri sırasında indi təkcə soroslar, NED-lər və NDİ-lar deyil. Biz onlardan daha 3-nün adını xüsusi çəkəcəyik: araşdırmaçı jurnalizmi qlobal miqyasda təşkilatlandıran, transmilli şəbəkəsini yaradan e-bay elektron ticarət platfomasının sahibi Pyer Omidiyar, Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun rəhbərlərindən biri Aleksandr Papaxristo, dünya şöhrəti qazanmasında Bakının müstəsna roluna qisasla cavab verən İnsan Hüquqları Fondunun rəhbəri Harri Kasparovdur.

Beləliklə, yeni missiyası-“Xüsusi Tapşırıqla Araşdırma” adlanan transmilli şəbəkənin “offşor qalmaqalları” silsiləsi, məlumatların sındırılması, sızdırılması bir vaxtlar Amerikada ilk araşdırma olan daxili “Pentagon papers”dən xarici hədəfli “Pandora papers”-ə qədər inkişaf etməyə başladı. Araşdırmaçı jurnalistika adı altında 2006-cı ildə yaranan qlobal miqyaslı “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi”  artıq 80 ölkədə 160 jurnalisti birləşdirir və 8 direktordan biri də Xədicə İsmayıldır. Bu haqda təqdimatda daha ətraflı bəhs olunacaq.

 Qlobal İnternet şəbəkəsi: formalaşması, müasir durumu və gələcəyi

Hamısı “P” hərfi ilə başlayan, mənbələri heç vaxt açıqlanmayan “offşor dosyeləri”  yayanlar içərisində adları jurnalist, reallıqda isə developer-hakerlərin Panama, Paradise, Pandora sənədləri, Pegasus adlı məlumat sızdırma fəaliyyəti konkret ölkələrdə müstəqil siyasət yürüdən iqtidarlara qarşı təzyiq silahıdır, əsas xammalı saxta xəbər olmaqla yazıçı Corc Oruelin “böyük televizor”undan ölkələri təsir dairələrində saxlamaq vasitəsidir.Siz hesabatda həmin 4 P adlı planların hansı mexanizmlə yalanı həqiqət kimi  tirajladığına dair faktları görəcəksiniz.

Elə isə sual olunur- bəs nə üçün Azərbaycan qlobal şəbəkənin hədəfindədir?

Bu suala regional və beynəlxalq sirləri daha yaxşı bilən prezident İlham Əliyev dəqiq cavab verir-sitat:”bizi iradələrinə tabe etdirmək istəyirlər”.Media nümayəndələrinə son müsahibədə və 2 fevralda  gənclərlə görüşdə ölkə rəhbəri əvvəlki  dünya siyasi arxitekturasının çökdürüldüyünü və yenisinə ölkəmizin hazır olduğunu bəyan etdi.Bir sözlə, beynəlxalq şantajın səbəb və hədəfləri təkcə biz deyilik. İnformasiya hücumları həm də Avropa ölkələrinə, Türkiyəyə, keçmiş sovet resublikalarına qarşı da eyni təhdidləri yaradır.Xatırlatmaq yerinə düşər ki, 2016-cı ildə Cambridge Analytica şirkətinin xüsusi alqoritmlər vasitəsilə milyonlarla insanın məlumatlarını əldə etməsi rəqəmsal hücumlar və kiber təhlükələr mövzusunu xeyli ictimailəşdirdi.Ona görə də 2016-cı ildə “post-həqiqət” (post-truth) ifadəsi Oxford dictionary tərəfindən “ilin sözü” elan olundu. İndi dünyada dəyərsizləşdirilən siyasi ideallar-demokratiya və Azadlıq haqda billər rəqəmsal despotizmin və faşizimin dekorasiyasına çevrilib.

Son 5 ay ərzində Ermənistanın həyata keçirdiyi təxribatlar və nəticələri – HESABAT

Bəli, bu gün, Vətən müharibəsindən məğlubiyyətlə çıxan dünya erməniləri, Qərb mediasının siyasi korrupsiyaya uğrayan dairələri və onların yerli uzantıları tərəfindən Azərbaycana qarşı sistemli dezinformasiya daha da intensivləşib.Qarabağı itirənlər  kiberməkanda kütlələri və siyasi beyinləri ələ alır.Halbuki informasiya məkanı coğrafi ərazimizin ayrılmaz tərkib hissəsidir.İqtisadi-siyasi azadlığımız kimi, informasiya müstəqilliyi də suverenliyimizin bir parçasıdır. Təsadüfi deyil ki, Avropa Birliyi 500 milyona yaxın vətəndaşını qorumaq üçün onlarla qanun və proqram qəbul edib,  sərt şəkildə onlara əməl edir.

Qlobal şəbəkələrin saxta informasiya hücumuna fasiləsiz məruz qaldığı hazırkı post-həqiqət dövründə Prezidentin bir nömrəli informasiya xüsusi təyinatlısı kimi apardığı mübarizə, Vətən müharibəsində sistemli hücumlara, saxta xəbər yayan qüvvələrə qarşı informasiya səngərinin önündə getməsinin parlaq sübutu tarixi 33 müsahibədir.

Britaniyalı general: “Çin və Rusiyanın kiberməkanda üstünlüyü var”

Əziz dostlar, indi cəmiyyətlər elə bir maskimallığa öyrədilib ki, sensasiya və şok, qarşıdurma və kütləvi qaralama, linç və siyasi ləkələmə gündəlik tələbat malına çevrilir, real fakt və xəbərin qəbulu get-gedə çətinləşir. Pandemiyanın yaratdığı gərgin mühitdə ayrı-ayrı fərdlər, sosial baxımdan həssas və narazı qruplar daha təhlükəli viruslara – infodemiyaya məruz qalır.İctimai rəydə yaradılan saxta siyasi qənaət və emosional reaksiyalar digər media kanalları və şəbəkələr tərəfindən tirajlanaraq normalaşdırılır, nəticədə hədəf kütlə faktlar və reallıq yerinə, eşitmək istədiyi abstrakt gerçəkliyi seçir. Qlobal şəbəkə virtual Azərbaycanı real Azərbaycanla konfliktə sürükləyir.

Göbbelsin “min dəfə təkrarlanan yalan həqiqətdir” devizi 21-ci əsrin reallığında rəqəmsal faşizm və despotizmin fonunda daha yaxşı işləyir.

Dövlət başçısının qlobal tribunalarda çıxışları bu müharibəyə qarşı aşkar müqavimətdir.Münxen Təhlükəsizlik Konfransında Prezidentin nitqini yaxşı xatırlayırıq.Ondan sonra baş verənlər pərdəarxası ssenarini görməyə imkan verir.Malta jurnalistinin işində ölkəmizi günahlandıranlar, onun övladları üçün şəbəkə təsis edənlər “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi” çərçivəsində həyata keçirilən planlardır. İnformasiya müharibəsinin növbəti əməliyyatı-ölkəmizə qarşı böhtançı mövqeyinə görə Bakıda qısamüddətli həbsdə olan, Azərbaycanın məhkəməyə verdiyi adam üçün ayrıca “Forbidden stories” layihəsi də bir güc mərkəzindən idarə olunan, saxta məlumatların müxtəlif şəbəkə adları altında “ictimailəşdirilməsi”dir. Beləliklə, qlobal informasiya hücumunun 4 “P” (Panama, Paradise, Pegasus və Pandora) hərfindən sonuncu əməliyyatı bu gün də davam edir.Dünya erməniliyinin Qarabağdakı məğlubiyyətin revanşını informasiya cəbhəsinə daşıması və qlobal şəbəkənin rəhbərliyinə sızması, yüksək ranqlarda təmsilçiliyi inkaredilməz faktdır.

What Is Information Warfare?

Beləliklə, 30 il əvvəl olduğu kimi zori balayanları, yaxud abel aqenbekyanları daha təhlükəli aleksandr papaxristolar, pyer omidyarlar, harri kasparovlar əvəzləyib.Sabiq prezident Armen Sarkisyanın dediyi “ermənilər kiçik dövlət, dünyəvi millətdir” devizi altında saxta xəbər sənayesi bum dövrünü yaşayır.Bəşəriyyət omikronla yanaşı, infodemiyadan əziyyət çəkir.

Bir beynəlxalq sosioloji rəyə görə respondentlərin 37.3 faizi sosial mediadan aldığı məlumatların doğruluğunu yoxlamır və belə cəmiyyətin potensial risklərə hazırlıqsız olduğu şübhə doğurmur.İnformasiya hücumlarında irəli sürülən ittiham və “faktlar”ın mənbəyinin etibarlı olmamasına dair İsveçrə Texnologiya İnstitutunun tədqiqatında Türkiyədə Twitter platformasında trendə çevrilən informasiyaların 47%-nin, qlobal gündəmin 20%-nin saxta hesablar və ya botlar tərəfindən sıfırdan uydurulduğu təsdiqlənib.

Beləliklə, hərbi meydanla müqayisidə daha amansız və dağıdıcı xarakterə malik hibrid müharibəsi gedir.Gerçək döyüş meydanında olduğu kimi onların hədəfi ilk növbədə, Azərbaycan dövləti ilə identikləşən Birinci şəxsdir, qələbənin simvolu olan Ali Baş Komandandır.İlham Əliyevin nüfuzu 8 noyabrdan sonra region xalqları arasında da, dünyanın bir çox bölgələrində də artıb.Hamı yaxşı başa düşür ki, siyasi nüfuz böyük hərbi, iqtisadi, maliyyə gücü və təsir dairəsinin genişlənməsi deməkdir.Şübhəsiz, məğlub ölkəni son iki ilədək təhlükə kimi görmürdülər, lakin qalib dövlət qlobal erməniliyi, onları milli mənsubiyyətinə görə deyil, maraqlarına görə idarə edən güclərin arzulanan müttəfiqinə çevirir. Belə qlobal müttəfiqlik fonunda, işğalı təkcə hərbi meydanda deyil, beynəlxalq təşkilatların və siyasi lobbi qruplarının müdafiə etdiyi şəraitdə Zəfəri qazanmağın nə demək olduğunu hamı daha yaxşı anlayır!

Biz əlbəttə, erməniçilyi dünya gücü elan etməyə toplaşmamışıq, əsla, lakin bir sıra Qərb dövlətləri, onların qlobal siyasət alətlərini bilməliyik.Bu məsələdə hibrid hücum aparanların səngərinə keçib hakimiyyət əleyhinə vuruşan qüvvələr silahlı döyüş meydanında milətimizə qarşı atəş açanlarla eyni işi görürlər.27 ildə yaşadığımız atəşkəsdən fərqli olaraq, informasiya müharibəsində heç vaxt atəşkəs olmayıb.Halbuki indi dövlət rəhbəri nəinki Ermənistana, eləcə də bütün erməniçiliyə sülh təklif edib, lakin qlobal şəbəkəni barış düşündürmür.

Ona görə də bizim reaksiyamız assimetrik, sərt və dəqiq olmalıdır.Onların nəhəng sərvətləri, ağlasığmaz məxfi və hibrid texnologiyaları, qlobal informasiya məkanına diqtə edən müxtəlif növ kütləvi media resursları olsa da, qlobal araşdırmaçılara qlobal Qələbəmizdəki birlik nümunəsi ilə cavab verməliyik.Ərazi bütövlüyümüz uğrundakı birlik və həmrəyliyi informasiya suverenliyində, kiber-vətənin müdafiəsində də göstərməliyik.Biz ümidvarıq ki, yeni milli təhlükəsilzik konsepsiyasında hibrid təhdidlərin dairəsi daha da genişləndiriləcəkdir.

Yekunda, bir daha “Qlobal Araşdırmaçıları” ifşa edən kitabın başlıca ideyasına söykənərək, ölkəmizdə ekspertlər, araşdırmaçı jurnalist və media sahəsində analitiklərdən ibarət “Dezinformasiya ilə Mübarizə və Kommunikasiya  Mərkəzi”nin yaradılmasını təklif edirik. Xalqımıza düzgün, obyektiv və gələcəyini qurmağa kömək edən informasiya məkanı hava-su kimi lazımdır.Post-həqiqət dövründə ümummilli hədəf dezinformasiyaları neytrallaşdırmaq, bütün saxta faktlara həqiqəti qarşı qoymaqdır.Təkcə media məkanımızda qeyd olunan halın daim vurğulanması və cəmiyyətimizin, dünya azərbaycanlıların, səfirlik və diplomatik korpusların bu savaşın mahiyyətini düzgün müəyyən etməsi öz müsbət nəticələrini verəcək.44 günlük savaşda olduğu kimi Vətəninin müdafiəsini genişləndirib, hava və dəniz məkanı kimi rəqəmsal coğrafiyamızı, “kibervətəni” də 44 günlük Zəfərdəki kimi qorumalıyıq.Bu həm də müqəddəs Şuşanın müdafiəsi deməkdir!

 

Zahid Oruc, STM İdarə  Heyətinin sədri,

Milli Məclisin üzvü 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*