Deputatdan işğaldan azad olunmuş ərazilərdə abidə TƏKLİFİbackend

Deputatdan işğaldan azad olunmuş ərazilərdə abidə TƏKLİFİ

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov azad olunmuş ərazilərimizdə azadlıq abidələrinin qoyulması təklifi ilə çıxış edib.

KONKRET.az xəbər verir ki, deputat azad olunmuş ərazilərimizi ziyarət etdiyini vurğulayıb:

“Hətta ən ucqarlara baş çəkmişəm. Qarabağ indi ziyarətgah təsiri bağışlayır. Bizim 30 ilə yaxındır görə bilmədiyimiz torpağımızın hər qarışı gəncliyimizi, keçmişimizi xatırladır.

İşğaldan azad olunmuş hər bir ərazimizdə abadlıq-quruculuq işləri görülür. Müharibə dayanan ilk gündən təhlükəsizlik məsələləri önə çəkilirdi. Buna xüsusi diqqət yetirilirdi. Qarabağa səfərlər zamanı da hər bir addımımıza nəzarət olunur ki, həyati təhlükə ilə üz-üzə qalmayaq.

Xocalı şəhərinin 50-dən çox kəndindən çox az hissəsi bizim nəzarətimizdədir. Amma biz bilirik ki, bütün torpaqlarımıza yaxın zamanda qayıdacağıq. Xocalının tarixi bizim eradan əvvəl III-V minilliklərə gedib çıxır. Qədim tarixi mədəniyyət abidələri ilə zəngin bir torpaqdır. Mən hesab edirəm ki, bərpa və abadlıq işləri zamanı mütləq şəkildə hər bir bölgəmizin azadlıq simvolu qoyulmalıdır. Hər bir şəhərimizdə, azad etdiyimiz ərazimizdə azadlıq abidəsi olmalıdır. Bu abidələr qədim türk yurdu yerlərinin nişanələrini özündə daşımalıdır. Mən inanıram ki, hər bir rayonumuzun baş planında bu kimi məqamlar nəzərə alınır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*