Deputatdan müharibə çağırışı: “İyuna qədər bu ərazilərə girməliyik”backend

Deputatdan müharibə çağırışı: "İyuna qədər bu ərazilərə girməliyik"

Ermənilər bizim 4 kəndimizi işğal ediblər, hələ anklavları demirəm. Faktiki olaraq, Ermənistan qoşunları sərhədi keçib, bu 4 kəndimizi işğal edib. Azərbaycan konkret vaxt qoymalıdır ki, Ermənistan işğal etdiyi ərazilərdən qoşunları çıxarsən, bunu etməsə, dərhal güc tətbiq edib, kəndləri işğaldan azad etməlidir.

KONKRET.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Teleqraf.com-a geniş müsahibəsində deyib.

“Anklavlar məsələsini bundan sonra və ya delimitasiya-demarkasiya məsələləri müzakirə ediləndə həll edə bilərik. Ermənistana təzyiqlər artırılmalıdır. Ermənistana təzyiq artırılmasa, sülh sazişini imzalamayacaq. Çünki Ermənistanın Qərbdəki tərəfdaşları və erməni diasporu bunu istəmir”, – o bildirib.

Q.Həsənquliyevin sözlərinə görə, bu əməliyyat mayın sonu – iyunun əvvəli bitməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*