Deputatlığa namizədlərin sayı 1047 nəfərə çatdıbackend

Deputatlığa namizədlərin sayı 1047 nəfərə çatdı

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib.

KONKRET.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib: “Onlardan 2247 nəfəri imza vərəqələrini artıq götürüb, 1772 nəfəri imza vərəqələrini qaytarıb, 1047 nəfərin isə deputatlığa namizədliyi  qeydə alınıb”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*