Qreta Tunberq İsraildə saxlanıldığı vaxt işgəncələrə məruz qaldığını iddia edib
KONKRET.az xəbər verir ki, İsveçli iqlim fəalı Qreta Tunberq İsrail tərəfindən saxlanıldığı müddətdə özünə və digər fəallara qarşı işgəncələr tətbiq edildiyini bildirib.
Tunberq mətbuat konfransında açıqlamasında deyib ki, “Global Sumud” flotilliyasında iştirak etdiyi üçün saxlanılıb və İsraildəki həbs zamanı təzyiqlərə məruz qalıb.
Onun sözlərinə görə, bəzi fəallara həyati vacib dərmanlar verilməyib, özü isə təmiz sudan məhrum edilib.
Fəal konkret təfərrüatları açıqlamaqdan imtina edib və bildirib:
“Şəxsən mən başıma gələnləri danışmaq istəmirəm, çünki istəmirəm başlıqlarda ‘Qreta işgəncə gördü’ kimi ifadələr yer alsın. Bu, əsas məsələ deyil.”
İsrail Xarici İşlər Nazirliyi Tunberqin iddialarını təkzib edərək bildirib ki, saxlanılan şəxslərə qida, su, tibbi yardım və hüquqi dəstək daxil olmaqla bütün əsas ləvazimatlar verilib.
İsveç tərəfi isə Tunberqin vəkili vasitəsilə məsələni BMT-nin insan haqları mexanizmlərinə və beynəlxalq məhkəmələrə təqdim etməyi planlaşdırır.
Hadisə beynəlxalq ictimaiyyətin diqqətini çəkib və İsraildə saxlanılan fəallara münasibətlə bağlı yeni müzakirələrə səbəb olub.
Müşviq Tofiqoğlu
KONKRET.az