Dilavər Əzimlinin səhhəti ilə bağlı xəbər varbackend

Dilavər Əzimlinin səhhəti ilə bağlı xəbər var

Koronavirusa yoluxan tarixçi alim Dilavər Əzimlinin xanımı onun səhhətindəki son durum haqqında məlumat verib.

KONKRET.az-ın xəbərinə görə, Dilavər Əzimlinin həyat yoldaşı Arzu Qazıyeva alimin səhhətində irəliləyiş olmadığını bildirib:

“Həkimlər dedi ki, hələ irəliləyiş yoxdur. Müalicə davam edir, amma həkimlər istənilən nəticəni ala bilmirlər. Səhhəti ağır-stabildir. Uzun müddətli EKMO aparatına qoşulub. Həkimlər onun reanimasayadan nə zaman çıxacağı, EKMO aparatından nə vaxt ayrılacağı haqqında dəqiq söz demirlər. Ciyərlərin bərpası vaxt aparan məsələdir”.

Qeyd edək ki, Dilavər Əzimli FHN-nin Zığdakı modul tipli xəstəxanasına yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*