DİM: 6 nəfərdə mobil telefon aşkarlandıbackend

DİM: 6 nəfərdə mobil telefon aşkarlandı

Bu gün keçirilən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı 6 nəfər imtahandan xaric olunub.

Dövlət İmtahan Mərkəzindən KONKRET.az-a verilən xəbərə görə, imtahanın gedişi zamanı 6 nəfərdə mobil telefon (ilk telefon saat 12-də müəyyən edilib) aşkarlandığı üçün imtahandan xaric olunub.

Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq və onlar yay qəbul imtahanlarına da buraxılmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*