DİM ali məktəblərə keçid ballarını DƏRC ETDİbackend

DİM ali məktəblərə keçid ballarını DƏRC ETDİ

Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətlərdən görünür ki, abituriyentləri ötən illərdə ali təhsil müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki keçid balları ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə müəyyən mənada oriyentir rolunu oynayır.

“Abituriyent” jurnalının xüsusi buraxılışında 2019-cu ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları dərc edilib.

KONKRET.az xəbər verir ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.

Bu göstəricilərin ildən ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Bununla belə burada oxşar meyillər, tendensiyalar da özünü göstərir. Odur ki, abituriyentlər ixtisas seçimi zamanı keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdən qaçırmamalıdırlar. “Abituriyent” jurnalının bu xüsusi buraxılışında 2019-cu ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları dərc edilib.

Jurnalları Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

  • Tünzalə
    Sentyabr 9, 2020 - 11:14

    Məncə pandimiyanı nəzərə alaraq ballar düşsə yaxşı olardı

    • Azər
      Sentyabr 10, 2020 - 16:08

      Çətin oısun,onu fikirləşsinlər.İnana bilmirəm

  • Leman
    Sentyabr 9, 2020 - 14:53

    Pandemiyaya gore ballar asagi duşse yaxsidi

    • Next telekom
      Sentyabr 9, 2020 - 17:11

      Məncə cə də ballar aşağı düşsün . Əsas da 3 cü qrupda . Digər qruplarda 1 ci və 2 ci qruplarda oxtisasların balları çox vaxt aşağı olub . Lakin 3 cü qrupun balları həmişə yüksək olub .

  • Next telekom
    Sentyabr 9, 2020 - 17:05

    Salam . Pandemiyanı nəzərə alaraq balları zəhmət olmasa , aşağı salın . 1 ci və 2 ci qrupda ballar çox vaxt aşağı olub . Yalnız 3 cü qrupda ballar həmişə yüksək olub . Uşaqların nəticələrini də nəzərə almaq lazımdır . Digər qruplarda 300 ü keçsələr də abituriyentlər istədikləri yerlərə çox vaxt düşə bilirlər . Amma 3 cü qrupda abituriyentlər hətta 400 350 bal toplasalar da , çox vaxt istədikləri yerlərə düşə bilmirlər . Düşsələr də özəl ya da dövlət universitetlərinin pullusuna . Xahiş edirəm digər qruplarda 1 ci və 2 ci qruplarda ballar aşağı olduğu kimi , 3 cü qrupda da ballar aşağı salınsın .

  • Next telekom
    Sentyabr 9, 2020 - 17:07

    Pandemiyaya görə 3 cü qrupda ballar aşağı salınsın , 1 ci və 2 ci qruplarda ballar həmişə aşağı olub , 3 cü qrupda isə həmişə yüksək .

  • Next telekom
    Sentyabr 9, 2020 - 17:15

    Pandemiyanı da nəzərə almaq lazımdır . Digər qruplarda 1 ci və 2 ci qruplarda ballar həmişə aşağı olub . Lakin 3 cü qrupda isə ballar həmişə yüksək olub . Sizdən xahişim budur ki , 3 cü qrupda ballar aşağı salınsın . Yenidən ballar kitabçası çıxarılsın .

  • Ləman
    Sentyabr 9, 2020 - 17:24

    Pandemiyanı da nəzərə almaqla ballar 3 cü qrupda aşağı salınsın . 1 ci və 2 ci qrupda ballar həmişə aşağı olub . Amma 3 cü qrupda isə ballar həmişə yüksək olub . Xahiş edirəm yenidən ballar olan kitabça çıxarılsın və 3 cü qrupda ballar aşağı salınsın .

  • Ruhi
    Sentyabr 10, 2020 - 16:51

    Mencede gərək keçid balları aşağı salınmalıdır.Bu ilki məzunlar çox əziyyət çəkdilər.Pandemiya və karantin

  • Fidan
    Sentyabr 10, 2020 - 20:46

    Mencede ballar endirilmelidir. Derslere gede bilmedik ustelik ikinci şansda vermediler

  • Sərxan
    Sentyabr 10, 2020 - 21:55

    Salamlar mən test imtahanı verdim qabiliyyətə gedə bilmədim üzürlü səbəblərə görə nə edə bilərəm hara müraciyət ede bilərəm ???

  • Sərxan
    Sentyabr 10, 2020 - 21:57

    Test imtahanında Lazım olan balı yığdım amma qabillyete gedə bilmədim nə edə bilərəm bilen varsa 0555706454 əlaqə saxlasınlar zəhmət olmasa

  • Abbasov Zülfiqar Bəhlul oglu
    Sentyabr 10, 2020 - 23:01

    Bütün hər şey xəş xəşildir təhsildə at ayagı ilə it ayagını ayırd etmək mümkün olmur DİM lə Tətsil nazirliyinin dərslikləri tam fərqlidir buna nə zaman son qoulacaq kimin pulu var DİM-in hazrlık kurslarında olan tesləri əzbərləməklə bal yıga bilir pulu olmayıb hazırlıq kursuna getməyən kasıbın balaları nın balı-0😢

Sərxan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*