Dövlət İmtahan Mərkəzinin martın 5 və 12-də keçirdiyi buraxılış imtahanlarında təqdim edilən bəzi sualların yanlış olması ilə bağlı iddialar gündəmdən düşmür.
KONKRET.az Xezerxeber.az-a istinadla xəbər verir ki, xüsusilə Riyaziyyat fənni üzrə təqdim edilən sualların quruluşu ilə bağlı narazılıqlar var.
Fizika-Riyaziyyat müəllimi Namiq Süleymanov düzgün olmadığını iddia etdiyi sualın detallarından danışıb.
Müəllim iddia edir ki, şagirdlər sözügedən tapşırığı həll etmək üçün 15 dəqiqə vaxt sərf ediblər və cavab olaraq ”3” rəqəmini qeyd ediblər.
“Lakin bu DİM-in təqdim etdiyi düzgün cavabla üst-üstə düşməyib”
Namiq Süleymanov iddia edir ki, sonradan sualın səhv olduğunu anlayan qurum həm abituriyentlərin tapdığı, həm də özünün əvvəldən düzgün kimi müəyyən etdiyi variantı doğru cavab olaraq qəbul edib
Namiq müəllim martın 12-də keçirilmiş buraxılış imtahanında düzbucaqlı paralelepipedlə bağlı verilən sualın da nöqsanlı olduğunu iddia edir.
“DİM-dən iddialara münasibət bildirilib”
Qeyd edilib ki, aparılan təhlillər nəticəsində testlərdə hər hansı uyğunsuzluq aşkar olunarsa, imtahan iştirakçılarının xeyrinə qərar qəbul olunur.
Nəticələr elan olunduqdan sonra iştirakçıların müraciətlərinə baxılması üçün apellyasiya komissiyası yaradılır. Yəni şikayəti olanlar komissiyaya müraciət edə bilərlər.
Ətraflı videomaterialı təqdim edirik:
Sumqayıt Şəhəri 26Saylı körpələr evi və uşaq baxçasının Tərbiyəçisi Aygün Abbasova Aydın qızı Yazıb sizdən xaiş edirəmki bu xəbəri paylaşasız və bu xəbəri reallaşdırın televizorada verin.Mən ali təhsilim Sumqayıt Dövlət Universitetini bitirmişəm Filoloqiya fakultəsini və 14ci dərəcəynən işləmişəm maaş 482manat almışam bu ay isə maaş 413manat olub sizdən xaiş edirəmki bu xəbəri paylaşasız və reallaşsın bu xəbər televizordada verin maaşımız azalma səbəbini bilmək istəyirəm mən 30ildir bu baxçada çalışıram xaiş edirəm bu işi reallaşdırasız və paylaşasız tvdə verəsiz əvvəlcədən təşəkkür edirəm