DİM-in Müşahidə Şurasının tərkibi təsdiqləndi – SƏRƏNCAMbackend

DİM-in Müşahidə Şurasının tərkibi təsdiqləndi - SƏRƏNCAM

Dövlət İmtahan Mərkəzinin (DİM) Müşahidə Şurasının tərkibi təsdiq edilib.
 
KONKRET.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilir:
Müşahidə Şurasının sədri
Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Müşahidə Şurasının üzvləri:
Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini
İdris İsayev – Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Anar Kərimov – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*