DİN AÇIQLAMA verdi – Azərbaycan Gorus-Qafan yolunda post qurubbackend

DİN AÇIQLAMA verdi - Azərbaycan Gorus-Qafan yolunda post qurub

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb.

KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb.

Məsələ barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bilidirib ki, işğaldan azad edilmiş bütün şəhər və rayonlarımızın ərazisində olduğu kimi Qubadlı rayonunun inzibati ərazisində də daxili işlər orqanlarının əməkdaşları öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər:

“Xidmətin daha səmərəli təşkili üçün məqsədəmüvafiq bilinən yerlərdə polis postları təyin olunur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*