DİN Lənkəranda tələbənin qətli ilə bağlı AÇIQLAMA YAYDIbackend

DİN Lənkəranda tələbənin qətli ilə bağlı AÇIQLAMA YAYDI

Lənkəran rayonunda gənc oğlanı öldürən 30 yaşlı şəxs tutulub.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 17-də gecə saatlarında Lənkəran rayonu ərazisində Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Nəsirovun ölümü ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

Araşdırmalarla Lənkəran şəhər sakini, 1992-ci il Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Tosif Nəsirova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Bayramlı saxlanılaraq istintaqa verilib.

Araşdırmalar davam etdirirlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*