DİN Zəfər Günü ilə bağlı vətəndaşlara müraciət etdibackend

DİN Zəfər Günü ilə bağlı vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr – Zəfər Günü ilə bağlı vətəndaşlara müraciət edib.

DİN-dən KONKRET.az-a verilən məlumatda bildirilib ki, elan edilən istirahət günlərində polis əməkdaşları tərəfindən ictimai asayişin və təlükəsizliyin yüksək səviyyədə qorunması, insanların rahat və maneəsiz hərəkətlərini təmin etmək, onların mənzil başına sağ-salamat çatması və möhtəşəm qələbə bayramını xoş əhval-ruhiyyədə keçirməsi üçün bütün lazımi tədbirlər görüləcək.

Bununla yanaşı vətəndaşlar üzləşdikləri hər hansı neqativ hallarla bağlı gücləndirilmiş iş rejimində xidmət aparan polis naryadlarına, həmçinin DİN-in “102” Zəng Mərkəzinə, Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*