Diplomat geyimində fotosunu paylaşan “dünyanın ən gözəl səfiri” gündəm oldu – FOTOLARbackend

Diplomat geyimində fotosunu paylaşan “dünyanın ən gözəl səfiri” gündəm oldu - FOTOLAR

Rusiyanın Kabo-Verde adalarına səfir təyin edilən Natalya Poklonskaya vəzifə səlahiyyətlərini icra etməyə başlayıb.

KONKRET.az xəbər verir ki, Rusiyanın səfiri Natalya Poklonskaya diplomat formasında ilk fotosunu sosial media hesabında yerləşdirib.

Dünyanın ən gözəl səfiri adlandırılan Poklonskayanın paylaşımı çox bəyənilib. Paylaşdığı fotonun altındakı şərhlərdə bir çoxları Poklonskayaya yeni vəzifəsində uğurlar arzulayıb, bəziləri isə “ən gözəl səfir” şərhini yazıb.

Qeyd edək ki, 41 yaşlı səfir siyasətlə yanaşı sosial mediada da çox fəaldır.

Təyinatından danışan Poklonskaya səfir təyin olunmasından məmnun olduğunu, Xarici İşlər Nazirliyində və onunla əlaqəli Diplomatik Akademiyada təcrübə və kurslar keçdiyini söyləyib. 2014 -cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra yarımadada baş prokuror vəzifəsində çalışan Poklonskaya, “Krım baharı” adlanan keçid prosesində mühüm rol oynayıb.

2016-cı ildən Rusiya parlamentində deputat olsa da, sentyabrda keçiriləcək seçkidə iştirak etməmək qərarına gəlib.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*